Pakistanda hərbi konvoya hücum - Çox sayda əsgər həlak olub
Dünya
878
14:30, Bu gün

Pakistanda hərbi konvoya hücum - Çox sayda əsgər həlak olub

Pakistanın Cənubi Vəziristan bölgəsində əsgərləri daşıyan hərbi maşın silahlı hücuma məruz qalıb.

Moderator.az-ın Khaama.com nəşrinə istinadən xəbərinə görə, bu barədə ölkənin təhlükəsizlik xidmətindən məlumat verilib.

Məlumata görə, hücum nəticəsində ən azı 12 pakistanlı əsgər həlak olub.

Hadisəyə görə məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" (TTP) qruplaşması öz üzərinə götürüb.

Qruplaşmanın yaraqlıları silahları ələ keçiriblər ki, bu da onların Əfqanıstan sərhədi boyunca yenidən dirçəlməsi qorxusunu artırıb.

Pakistan əsgərlərindən biri yaraqlıların hücumdan sonra hərbi maşın və silah-sursatı ələ keçirdiklərini təsdiqləyib.

Analitiklər qeyd edirlər ki, hökumətin qəbilələrin yaşadığı ərazilərdə antiterror əməliyyatlarının gücləndirildiyini bəyan etməsinə baxmayaraq, qruplaşma son aylarda hücumlarını artırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər