İstanbulda daha bir bələdiyyə sədri saxlanılıb
Dünya
338
09:30, Bu gün

İstanbulda daha bir bələdiyyə sədri saxlanılıb

Türkiyədə korrupsiya istintaqı çərçivəsində İstanbulun Bayrampaşa bələdiyyəsinin sədri Həsən Mutlu saxlanılıb.

Moderator.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Məlumata görə, bələdiyyə sədri də daxil olmaqla, əməliyyat çərçivəsində daha 47 nəfər saxlanılıb. 

Qeyd edək ki, bir müddət öncə Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və ölkənin digər vilayətlərində bələdiyyə sədrləri korrupsiya və rüşvət ittihamları ilə saxlanılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər