13:45
23°C
Bakı
Serbiyada etirazları maliyyələşdirən bir neçə ölkənin xüsusi xidmət orqanları bu məqsədlə 4 milyard dollar xərcləyib.
Moderator.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib.
“Dövlətin dağılmasına 4 milyard dollar xərclənib. Rəngli inqilablar ölkə xaricindən təşkil edilir. Bu, müxtəlif xüsusi xidmət orqanlarının əməkdaşlarıdır, onlar bunu bir neçə ölkədən edirlər”, - Vuçiç “TV Informer” telekanalına müsahibəsində bildirib.
O, etirazların mümkün sifarişçilərinə münasibətdə Serbiyanın neytrallığını pozmamaq üçün susmaq məcburiyyətində olduğunu bildirib: “Bu ölkələr bilir ki, biz onların nə ilə məşğul olduqlarından xəbərdarıq”.