Ruslar Kupyanska bu yolla daxil olurlar
Dünya
360
08:50, Bu gün

Ruslar Kupyanska bu yolla daxil olurlar

Rus işğalçıları qaz borusu vasitəsilə Oskolu keçərək Kupyanska daxil olurlar.

Moderator.az xəbər verir ki, bu barədə “Deep State” monitorinq layihəsi məlumat yayıb.

“Təəssüf ki, düşmən üçüncü dəfə qrupların sızması üçün borulardan istifadə edib. Birinci dəfə bu, Avdeyevka yaxınlığında idi, ikinci dəfə Suca ətrafında. Şəbəkədə guya eyni boruların Pokrovska keçid üçün istifadə olunması ilə bağlı video yayıldı, amma əslində həmin görüntülər Kupyansk yaxınlığında çəkilib”, – deyə məlumatda bildirilir.

Qeyd olunur ki, ruslar bütöv bir logistika arteriyası qurublar:

“Borunun girişləri Birinci Lyman ərazisindədir. Boruda hərəkət etmək üçün xüsusi hazırlanmış təkərli yataqlardan, həmçinin hündürlük imkan verdiyi yerlərdə elektrik skuterindən istifadə olunur. Kupyansk ətrafına qədər marşrut təxminən 4 gün çəkir, buna görə də yolda xüsusi istirahət məntəqələri və ərzaq ehtiyatları yaradılıb”.

İddia olunur ki, bu yolla təşkilatlanmış rus qrupları ciddi itkilər vermədən Radkovkaya çatır, oradan isə cənuba – özlərinin nəzarətində olan meşəyə keçir. Daha sonra isə Kupyanskda səpələnərək dəmir yoluna qədər irəliləyirlər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər