Türkiyədə mədən çöküb, iki nəfər torpaq altında qalıb
Dünya
285
21:40, Bu gün

Türkiyədə mədən çöküb, iki nəfər torpaq altında qalıb

Türkiyənin Denizli vilayətində bir mədəndə çökmə əmələ gəlib. 

Moderator.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Acıpayam rayonunda qeydə alınıb.

Hadisə yerinə xilasedicilər, polis, təcili tibbi yardım və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları cəlb olunub.

Məlumata görə, iki nəfər belinə qədər torpaq altında qalıb.

Vilayət valisi Ömer Faruk Coşkunun sözlərinə görə, həlak olan yoxdur: "Torpaq altında qalan iki nəfərlə əlaqə yarada bilmişik. Onların xilas edilməsi istiqamətində işlər aparılır".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər