22:31
19°C
Bakı
Elbrus dağındakı kanat yolunda qəza baş verib.
Moderator.az xəbər verir ki, 3 nəfər ölüb, 9 nəfər isə yaralanıb.
Kabardin-Balkar hakimiyyət orqanlarının məlumatına görə, qəzaya dayaqlardan birində problemin yaranması səbəb olub.
Zərərçəkənlər təxminən 3,8 min metr hündürlükdən təxliyə edilib və xəstəxanalara çatdırılıblar.
Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi faktı ilə bağlı cinayət işi açılıb.
(Publika.az)