Tramp Memfis şəhərinə Milli Qvardiya göndərir
Dünya
195
20:40, Bu gün

Tramp Memfis şəhərinə Milli Qvardiya göndərir

ABŞ Prezidenti Donald Tramp cinayətkarlıqla mübarizə üçün Memfis şəhərinə (Tennessi ştatı) Milli Qvardiya göndərmək niyyətində olduğunu bildirib.

Moderator.az-ın xəbərinə görə, bu barədə D.Tramp "Fox News" telekanalına müsahibəsində danışıb.

"Mən bunu deyən ilk insan olacağam: biz Memfisə gedirik. Memfis ciddi problemlə üzləşən növbəti şəhərdir və mer bundan razıdır. O, demokrat merdir və Tennessi qubernatoru da ciddi problemlərə baxmayaraq, razılıq verib. Biz Vaşinqtonda etdiyimiz kimi, vəziyyəti düzəldəcəyik", - deyə o qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər