Yuta ştatının qubernatoru Çarli Kirkin qatilinin həbs olunduğunu təsdiqləyib
Dünya
316
18:45, Bu gün

Yuta ştatının qubernatoru Çarli Kirkin qatilinin həbs olunduğunu təsdiqləyib

Yuta ştatının qubernatoru Spenser Koks Çarli Kirkin qatilinin həbs olunduğunu təsdiqləyib.

Moderator.az xəbər verir ki, bu barədə o brifinq zamanı məlumat verib.

“Tayler Robinsonun ailə üzvü yaxın bir ailə dostuna zəng vurub və Taylerin qətli törətdiyinə dair etiraf etdiyini deyib. Həmin ailə dostu polisə bu barədə məlumat verib. Bu da öz növbəsində yüksək səviyyəli müfəttişlərə və Federal Təhqiqat Bürosuna çatıdırılıb”,- Koks qeyd edib.

Qubernator bildirib ki, ailə üzvünün dediyinə görə Robinson son illərdə daha çox siyasətlə maraqlanmağa başlayıb: “Robinson Çarli Kirki sevməyib və onun nifrətlə dolu olduğunu və nifrət yaydığını düşünürdü”.

Qeyd edək ki, amerikalı siyasi fəal və ABŞ Prezidenti Donald Trampın tərəfdarı Çarli Kirk sentyabrın 11-də sui-qəsd nəticəsində qətlə yetirilib və onun qatilinin 22 yaşlı Tayler Robinson olduğu müəyyən olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər