Dünya
400
18:42, Bu gün

"Rusiya ordusunun komanda məntəqəsi darmadağın edilib" - KİV-lər

"Zaporojyedə yüksək rütbəli zabitlər sıradan çıxarılıb, Baltik dənizində ən mühüm neft terminalı dronlarla vurulub..."

Ukraynanın son həftələrdəki hərbi və diplomatik addımları göstərir ki, müharibə artıq yalnız cəbhə xəttində deyil, həm də Rusiyanın iqtisadi dayaqlarında gedir.

Moderator.az xəbər verir ki, bu barədə "5.ua" nəşri yazıb.

Məlumatda deyilir ki, Ukrayna ordusu Zaporojyedə rus qoşunlarının komanda məntəqəsini darmadağın edərək yüksək rütbəli zabitləri sıradan çıxarıb, Ukrayna Təhlükəsizlik Xidməti isə Baltik dənizindəki ən mühüm neft terminalını dronlarla vurub. Paralel olaraq Böyük Britaniya "kölgə donanmasına" və Rusiyanın hərbi texnologiyalarına xidmət göstərən şirkətlərə qarşı sərt sanksiyalar tətbiq edib.

Rusiya ordusunun komanda heyəti sıradan çıxarıldı

Avqustun 30-da Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Voskresenka qəsəbəsində yerləşən Rusiya ordusunun komanda məntəqəsinə zərbə endirib. Ukraynalı hərbi bloger Anatoliy Ştefan ("Ştirlits")in məlumatına görə, hücum nəticəsində azı iki polkovnik-leytenant- Dmitri Paşabekov və Ruslan Şiqabutdinov məhv edilib. Ümumilikdə isə həmin zərbədə 17 rus zabitinin öldürüldüyü bildirilir. Bu zabitlər Rusiya ordusunun müəyyən istiqamətlərdəki hücum əməliyyatlarına rəhbərlik edib.

Dərin arxa cəbhədə dron hücumu: Primosrk yanır

Eyni zamanda, Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Baltik dənizində yerləşən və Rusiyanın ən iri neft terminalı sayılan Primorsk limanına dron hücumu təşkil edib. Bu liman "kölgə donanması"nın əsas yükləmə nöqtəsi olub və Rusiya buradan beynəlxalq sanksiyalardan yab keçərək neft satıb. Limanın illik dövriyyəsi 60 milyon ton neft, Moskva büdcəsinə isə təxminən 15 milyard dollar gətirib.

Hücum nəticəsində limanda yanğınlar başlayıb, neftin yüklənməsi dayandırılıb. Ekspertlər hesab edir ki, Rusiya büdcəsi hər gün təxminən 41 milyon dollarlıq itki ilə üzləşir. Bundan əlavə, bir neçə mühüm neftötürmə stansiyası - NPS-3, NPS- "Andreapol" və NPS-7 də vurulub. UTX  mənbələri bu əməliyyatları "dron sanksiyaları" adlandıraraq, Rusiyanın neft dollarlarının qarşısını kəsən yeni strategiyanın davam edəcəyini bildirib.

"Kölgə donanması"na və texnologiya təchizatçılarına zərbə

Ukraynanın hərbi əməliyyatları ilə paralel olaraq, Böyük Britaniya da Rusiyanın enerji gəlirlərini və texnologiya təchizatını hədəfə alıb. Yeni sanksiyalar çərçivəsində 70-dən çox rus neft tankeri - "kölgə donanması"na daxil gəmilər məhdudiyyətlərə salınıb.

Bundan başqa, 30 şirkət və fiziki şəxs də sanksiyalara məruz qalıb. Bu şirkətlərin verdiyi elektronika komponentləri Rusiya raketlərində ("İsgəndər", "X-101") və dronlarında aşkarlanıb. Britaniyanın xarici işlər naziri İvet Kuprr vurğulayıb ki, bu addımlar Rusiyanın kritik maliyyə axınlarını kəsmək və Kremlə müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır.

Beləliklə, Ukrayna həm döyüş meydanında, həm də beynəlxalq müstəvidə Rusiyaya təzyiqi gücləndirir. Komanda məntəqələrinin darmadağın edilməsi ordunun idarəetmə qabiliyyətini zəiflədir, dron hücumları Moskvanın neft gəlirlərini azaldır, Qərbin sanksiyaları isə "kölgə donanmasını" iflic edir. Bu üç istiqamətli zərbənin Kreml üçün uzunmüddətli nəticələri qaçılmaz görünür.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər