Ermənistan və ABŞ ticarət dövriyyəsinin artırılmasını müzakirə edib
Dünya
135
16:01, Bu gün

Ermənistan və ABŞ ticarət dövriyyəsinin artırılmasını müzakirə edib

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun yüksək vəzifəli rəsmisi Brendan Hanrahan və Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan "Tramp Marşrutu" layihəsini (TRIPP, Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin 42 kilometrlik hissəsi) müzakirə ediblər.

Bu barədə Moderator.az Ermənistan KİV-inə istinadən xəbər verir.

G.Papoyan TRIPP layihəsinə Ermənistanın böyük maraq göstərdiyini vurğulayıb, özəl investisiyaların cəlb edilməsini təmin etməyi, həmçinin proqramın həyata keçirilməsi üçün yol xəritəsinin hazırlanmasını təklif edib.

Nazir həmçinin qeyd edib ki, Ermənistan infrastrukturun modernləşdirilməsi və sərhəd təhlükəsizliyinin təmin edilməsində ABŞ təcrübəsinə və dəstəyinə böyük əhəmiyyət verir.

Tərəflər, həmçinin ABŞ-Ermənistan iqtisadi əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı ticarət dövriyyəsinin artırılması perspektivlərini müzakirə ediblər.

Onlar bir sıra əsas istiqamətlər üzrə ikitərəfli münasibətlərin inkişafına toxunublar: ticarət və investisiyalar, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, energetika, yüksək texnologiyalar və innovasiyalar, informasiya texnologiyaları və rəqəmsal iqtisadiyyat, turizm.

Daha əvvəl B.Hanrahan bəyan edib ki, ABŞ TRIPP təşəbbüsünün həyata keçirilməsi üçün Ermənistana 145 milyon dollar məbləğində yardım ayırmaq niyyətindədir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər