Dünya
194
14:40, Bu gün

"Giorgio Armani" brendi kimə miras qaldı?

"Giorgio Armani" moda imperiyası stilistin təxminən 10 il əvvəl yaratdığı eyniadlı fonda keçir. Fondu son illərdə Corcio Aramaninin ən yaxın köməkçisi olan dostu və ortağı Pantaleo dell Orko, qardaşının qızı və bacısının oğlu idarə edəcəklər.
 
Oxu.az-ın "La Repubblica" qəzetinə istinadən verdiyi xəbərə görə, dərc edilmiş vəsiyyətnamələrdən belə çıxır ki, şirkətdə səsvermə hüququnun 40%-i dell Orkoya, 30%-i fonda və 15%-i mərhum qardaşı Sercionun qızlarından birinə və 15%-i bacısı Rozannanın oğluna aiddir. Bacısı və qardaşının ikinci qızı səsvermə hüququ olmayan səhmdar kimi qalacaqlar. Qardaşının qızı və bacısının oğlu ikisi də əvvəldən də şirkətdə işləyiblər.
 
Daha əvvəl məlum olmuşdu ki, sentyabrın 4-də 91 yaşında vəfat edən Armani ölümündən bir müddət əvvəl iki vəsiyyətnamə qoyub - biri martın 15-də, digəri isə aprelin 5-də tərtib olunub. Sənədlərin olduğu zərflər dəfn mərasiminin ertəsi - sentyabrın 9-da açılıb.
 
Müxtəlif qiymət seqmentlərinə aid bir neçə dəbli geyim, həmçinin ev dekorasiyası, ətriyyat və eynəklərin dizayner xətlərini - dünya üzrə cəmi 27 şirkət və 2700 mağazanı özündə birləşdirən "Armani" qrupunun ümumi dəyəri müxtəlif mənbələrə görə 13 milyard avrodan çox qiymətləndirilir. 2024-cü ildə qrupun gəliri 2.3 milyard avroya çatıb. Qeyd edək ki, 50 il əvvəl moda evini quran "Armani" eyniadlı şirkətin yeganə səhmdarı ("Armani" xarici investorlara satılmayan azsaylı italyan brendlərindən biridir), həmçinin kreativ direktor və idarə heyətinin sədri olub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər