Bizi sosial şəbəkələrdən izləyin:
"Polşa yaxın günlərdə Rusiya və Belarusla sərhədə təqribən 40 min hərbçi göndərəcək".
Moderator.az bildirir ki, bunu ölkənin müdafiə nazirinin müavini Sezari Tomçik "Polsat News"a müsahibəsində deyib.
"Polşa aylardır ki, "Qərb-2025" manevrlərinə hazırlaşır. Polşa ordusu "Qərb-2025" təlimlərinə layiqli cavab vermək üçün 30 mindən çox Polşa əsgərinin, eləcə də NATO əsgərlərinin iştirak etdiyi təlimlər keçirib", - deyə Tomçik bildirib.
Xatırladaq ki, "Qərb-2025" təlimləri sentyabrın 12-16-da Belarusda keçiriləcək.