Kirkin qatillərinin yerini deyənə rekord məbləğdə mükafat veriləcək
Dünya
182
11 Sep 2025 | 22:48

Kirkin qatillərinin yerini deyənə rekord məbləğdə mükafat veriləcək

Federal Təhqiqat Bürosu (FTB) sağçı fəal Çarli Kirkin qətlində əli olanların müəyyən edilməsinə kömək edəcək hər hansı məlumat üçün 100 min dollara qədər mükafat təklif edib.
 
Moderator.az bildirir ki, bu barədə FTB-nin "X" sosial şəbəkə hesabında məlumat verilib.
 
"FTB Çarli Kirkin qətlinə görə məsuliyyət daşıyan şəxsin (şəxslərin) müəyyən edilməsinə və saxlanmasına gətirib çıxaracaq məlumata görə 100 min dollara qədər mükafat təklif edir", - deyə məlumatda bildirilir.
 
Xatırladaq ki, siyasi fəal sentyabrın 11-də Yuta universitetində çıxışı zamanı snayper atəşi ilə öldürülüb.
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər