ABŞ Konqresi 2026-cı il üçün hərbi xərcləri, o cümlədən Ukraynaya yardımı təsdiqlədi
Dünya
249
17:17, Bu gün

ABŞ Konqresi 2026-cı il üçün hərbi xərcləri, o cümlədən Ukraynaya yardımı təsdiqlədi

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkənin 2026-cı maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) təxminən 900 milyard dollar məbləğində hərbi xərclərini təsdiqləyib.
 
Moderator.az bu barədə TASS-a istinadən xəbər verir.
 
Məlumata görə, sənədi 231 deputat dəstəkləyib, 196 deputat əleyhinə səs verib.
 
Sənəddə Ukraynaya hərbi yardım üçün 400 milyon dollar vəsait ayrılmasını nəzərdə tutan bənd var. Bu vəsaitlərin Ukraynada təhlükəsizliyin təşviqi üçün təşəbbüslər (USAI) xətti üzrə ayrılması nəzərdə tutulur.
 
Deputatlar, həmçinin müddəa da daxil ediblər ki, buna əsasən, ABŞ administrasiyası Ukraynaya daha əvvəl Konqres tərəfindən təsdiq edilmiş yardımı ləğv etmək və ya dayandırmaq qərarına gələrsə, Pentaqon onları xəbərdar etməlidir.
 
ABŞ Senatı bu qanun layihəsinin öz variantını nəzərdən keçirir. Qəbul edildikdən sonra yekun sənəd xüsusi komissiyadan keçəcək. Yalnız bundan sonra imza üçün ABŞ Prezidenti Donald Trampa göndəriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər