18:36
25°C
Bakı
Rusiya Prezidenti Vladimir Putin və onun amerikalı həmkarı Donald Tramp arasında danışığın aparılma tarixi ilə bağlı konkret razılaşma hələ yoxdur.
Moderator.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
O qeyd edib ki, ehtiyac yaranacağı təqdiqdə danışıqların aparılma vaxtı operativ şəkildə razılaşdırıla bilər.
"Telefon danışığının aparılma tarixi ilə bağlı heç bir konkret razılaşma yoxdur, lakin bir daha təkrar edirəm, zərurət yaranarsa, belə bir danışıq çox operativ şəkildə razılaşdırıla bilər, bunun üçün bütün kanallar mövcuddur", - mətbuat katibi deyib.