17:34
26°C
Bakı
Qətərin paytaxtı Dohada fövqəladə Ərəb-İslam sammiti keçiriləcək.
Moderator.az “Əl Ərəbiyyə”yə istinadən xəbər verir ki, iclas 14-15 sentyabr tarixlərində keçiriləcək.
Tədbirin təşkilində məqsəd İsrailin Qətərə hücumunun müzakirə edilməsidir.
Qeyd edək ki, İsrail 9 sentyabrda Qətərin paytaxtı Doha şəhərində HƏMAS üzvlərinin olduğu obyektə hava hücumu həyata keçirib.