Dünya
691
12:40, Bu gün

"Habertürk" və "Show TV"nin əmlakına həbs qoyuldu

İstanbul Baş Prokurorluğu "Habertürk" və "Show TV"nin daxil olduğu Türkiyənin "Can" holdinqinin, ümumilikdə, 121 şirkətinin əmlakına həbs qoyub.

Moderator.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Prokurorluğu holdinq rəhbərliyində təmsil olunan 10 vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçib.

Qeyd olunur ki, istintaq Maliyyə Cinayətlərinin İstintaq Şurasının hesabatları və maliyyə auditinin nəticələri əsasında aparılır. Müəyyən edilib ki, holdinq öz törəmə şirkətlərinin köməyi ilə müxtəlif yollarla vergidən yayınıb.

"Kemal Can və Mehmet Şakir Canın rəhbərlik etdiyi holdinqin rəhbərliyi altında yaradılan cinayət təşkilatı bir neçə şirkət yaradaraq audit və monitorinq mexanizmlərini mürəkkəbləşdirib. İstintaq zamanı aşkar edilmiş maliyyə əməliyyatlarının hərtərəfli qiymətləndirilməsi göstərib ki, şübhəli şəxslər qanunsuz yolla əldə etdikləri gəlirləri ölkə iqtisadiyyatının müxtəlif sahələrinə yönəldərək çirkli pulları yuyub, özlərinə saxta reputasiya yaratmağa və iqtisadi sahədə təsirlərini gücləndirməyə cəhd ediblər", - İstanbul Baş Prokurorluğundan bildirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər