Nepalda həbsxanadan qaçmış məhbuslar polisə təslim olurlar
Dünya
1487
11 Sep 2025 | 11:40

Nepalda həbsxanadan qaçmış məhbuslar polisə təslim olurlar

Nepalın Kaylali rayon həbsxanasından qaçmış məhbuslar könüllü olaraq hakimiyyət orqanlarına təslim olmağa başlayıblar.

Moderator.az xəbər verir ki, bu barədə "The Katmandu Post" məlumat yayıb.

Bildirilir ki, hazırda bu həbsxanadan qaçmış 618 məhbusdan təxminən 30-u könüllü təslim olub, daha 6 nəfər isə həbs edilib.

Qeyd edilib ki, həbsxanada həm Nepal, həm də Hindistan vətəndaşları saxlanılır.

Link kopyalandı!
Son xəbərlər