Pakistanın Baş naziri Dohaya yollanır
Dünya
222
10:20, Bu gün

Pakistanın Baş naziri Dohaya yollanır

Pakistanın Baş naziri Şahbaz Şərif bu gün Dohaya bir günlük səfərə yollanacaq.

Bu barədə Moderator.az Pakistan KİV-inə istinadən xəbər verir.

Baş nazir Qətər xalqı ilə həmrəyliyini ifadə etmək üçün səfərə yollanır. Səfər çərçivəsində Şərif Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüş keçirəcək və bu görüşdə Pakistanın dəstəyini vurğulayacaq.

Eyni zamanda, regionda sülhün bərqərar olunması məsələləri üzrə məsləhətləşmələr planlaşdırılır.

Qeyd edək ki, sentyabrın 9-da İsrail Dohaya hücum edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər