02:26
24°C
Bakı
Yuta ştatının Orem şəhərində universitet tədbirində amerikalı siyasi fəal Çarli Kirkə silahlı hücum edən şəxs polis tərəfindən saxlanılıb.
Moderator.az xəbər verir ki, Fox News-un məlumatına görə, Yuta ştatında amerikalı siyasi fəal Çarli Kirkə sui-qəsd təşkil etməkdə şübhəli şəxs Demokrat Partiyasının üzvü Maykl Mallinsondur.
Hadisə universitet tədbiri zamanı baş verib. Kirk snayper atəşi ilə ağır yaralanaraq xəstəxanaya yerləşdirilib.
Hüquq-mühafizə orqanları Mallinsonun motivlərini araşdırır, istintaq davam edir.
Xatırladaq ki, bir neçə ay əvvəl Kirk Ukrayna prezidenti Vladimir Zelenskini sərt şəkildə tənqid etmiş, onu öz xalqını qırğına aparan MKİ-nin “marionetkası” adlandırmışdı.
Hadisənin təfərrüatları araşdırılır.