01:17
24°C
Bakı
Beynəlxalq ictimaiyyətdən, məsuliyyət daşıyan bütün hökumətlərdən İsraillə bağlı daha təsirli və çəkindirici mövqe nümayiş etdirmələrini gözləyirik.
Moderator.az xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz "TRT Haber" telekanalının efirində bildirib.
O qeyd edib ki, Türkiyə İsrail üzərindəki təzyiqlərin mütləq şəkildə artırılmasını gözləyir:
"İsrailin etdikləri yalnız Qəzza və bölgə üçün deyil, insanlıq və qlobal səviyyədə sülh və ədalət üçün də son dərəcə təhlükəlidir".
C. Yılmaz İsrailin atdığı addımlarla beynəlxalq səviyyədə "ədalət" anlayışını içi boş anlayışa çevirdiyini vurğulayıb.
"Bu isə dünyada ədalətə, qurumlara və qaydalara olan inamı gündən-günə daha da sarsıdır", - vitse-prezident deyib.