Şahzadə Harri Ukrayna və Qəzzada uşaqlar üçün yarım milyon dollar bağışlayacaq
Dünya
599
10 Sep 2025 | 22:10

Şahzadə Harri Ukrayna və Qəzzada uşaqlar üçün yarım milyon dollar bağışlayacaq

Şahzadə Harrinin fondu Ümumdünya Səhiyyə Təşkilatına protezlərin hazırlanmasına kömək etmək, eləcə də Qəzza və Ukraynadakı uşaqlara digər yardımlar göstərmək üçün 500 min dollar bağışlayacaq.

Moderator.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə şahzadənin ofisi məlumat yayıb.

"Heç bir təşkilat təkbaşına bu problemi həll edə bilməz. Hazırda Qəzza dünyada və tarixdə amputasiya olunmuş uşaqların ən yüksək sıxlığına malikdir. Uşaqların sağ qalması və partlayışlar nəticəsində aldığı xəsarətlərdən sağalmalarını təmin etmək üçün hökumətlər, elm, tibb, humanitar təşkilatlar və insan haqları müdafiəçiləri arasında əməkdaşlıq lazımdır", - bəyanatda deyilir.

Link kopyalandı!
Son xəbərlər