İsrail ordusu Yəməndə husilərin Müdafiə Nazirliyinə zərbələr endirib
Dünya
206
18:40, Bu gün

İsrail ordusu Yəməndə husilərin Müdafiə Nazirliyinə zərbələr endirib

İsrail Ordusu husilərin raket buraxılış məntəqələrini, qərargahını, Müdafiə Nazirliyinin binasını və hərbi düşərgələri hədəf alıb.

Moderator.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

İsrailin müdafiə naziri İsrail Katz husilərə daha bir ağrılı zərbə vurduqlarını bəyan edib:

“Biz daha çox zərbə endirəcəyimizə söz verdik və bu gün Yəməndəki husilərə daha bir ağrılı zərbə vurduq. IDF (İsrail Müdafiə Qüvvələri) indicə Səna və Yəmənin digər bölgələrində husilərin hərbi düşərgələrini, o cümlədən onların təbliğat şəbəkəsini vurdu. İsrailin uzun qolu vətəndaşlarımızı təhdid edən hər yerə çatacaq və terroru vuracaq”.

Husilər isə İsrailin hücumunun çoxunun qarşısını aldıqlarını bildirib:

“Hava hücumundan müdafiə qüvvələrimiz bir neçə “yer-hava” tipli raketlər buraxaraq, düşmənin bəzi birləşmələrini geri çəkilməyə məcbur edib”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər