Dünya
536
17:20, Bu gün

"Rusiya Ukraynanın ələ keçirə bilmədiyi 6 000 kvadrat kilometr ərazisini istəyir"

Rusiya Ukraynanın hələlik ələ keçirə bilmədiyi təxminən 6 000 kvadrat kilometr ərazisini istəyir.

Moderator.az xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Vens “One America News” kanalına müsahibəsində bildirib.

Vensin sözlərinə görə, Ukrayna isə təhlükəsizlik zəmanətləri almaq niyyətindədir.

“Çünki onlara əminlik lazımdır ki, əgər razılaşma bağlasalar, Rusiya bir neçə ay, ya bir neçə il sonra geri qayıdıb daha çox şey tələb etməyəcək. Məsələ ondadır ki, ruslar və ukraynalılar prezidentin açdığı bu sülh qapısından keçməyə hazırdırlar, ya yox. Biz bunun üzərində ciddi şəkildə işləməyə davam edirik”, – Vens vurğulayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər