Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaş pilotsuz təyyarələrin Polşaya hücumuna görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Moderator.az xəbər verir ki, bu barədə diplomat özü Rusiya KİV-ə açıqlayıb.

"Bu gün saat 12:00-da məni Xarici İşlər Nazirliyinə dəvət etdilər", - Ordaş deyib.

Qeyd edək ki, Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa səmasında vurulduğu açıqlanıb.