İlon Maskın dünyanın ən varlı adamı adı uğrunda mübarizədə rəqibi bəlli oldu
Dünya
571
11:50, Bu gün

İlon Maskın dünyanın ən varlı adamı adı uğrunda mübarizədə rəqibi bəlli oldu

İş adamı İlon Maskın dünyanın ən varlı adamı adı uğrunda mübarizədə rəqibi Larri Ellisondur.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
 
"Oracle Corp."un rüblük nəticələri dərc olunduqdan sonra məlum olum ki, şirkətin başçısı iş adamı Ellisonun aktivləri 70 milyard dollar artıb və bu, analitiklərin gözləntilərini üstələyib. Şirkət, həmçinin bildirib ki, gələcəkdə daha da əhəmiyyətli artım proqnozlaşdırır.
 
Onun kapitalı 364 milyard dollara çatıb ki, bu da "Bloomberg Billionaires Index"ə görə sərvəti 384 milyard dollar qiymətləndirilən Maskın kapitalından azdır. Ellisonun gəliri çərşənbə günü ticarətin başlanmasına qədər eyni səviyyədə qalarsa, indeks üzrə birgünlük rekord gəlir qeyd olunacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər