Əraqçı: AEBA ilə yeni əməkdaşlıq sazişi hər iki tərəfin tələblərinə cavab verir
Dünya
798
00:30, Bu gün

Əraqçı: AEBA ilə yeni əməkdaşlıq sazişi hər iki tərəfin tələblərinə cavab verir

İran və Atom Enerjisi üzrə Beynəlxalq  Agentlik (AEBA) arasında əməkdaşlığın bərpasına dair yeni razılaşma Tehranın İranın nüvə obyektlərinin təhlükəsizliyinə dair tələblərinə cavab verir və agentliyin şərtlərini təmin edir.

Bunu İram xarici işlər naziri Abbas Əraqçi sənədin imzalanmasından sonra keçirilən mətbuat konfransında deyib.

"Razılaşdığımız şey bizim ayrılmaz hüquqlarımıza zəmanət verir və razılaşdırılmış çərçivədə agentliklə əməkdaşlığı davam etdirir. Saziş həm İranın müstəsna təhlükəsizlik şərtlərini, həm də agentliyin texniki tələblərini nəzərə alan praktiki əməkdaşlıq mexanizmini müəyyənləşdirir", - o deyib.

Əraqçi, həmçinin xəbərdarlıq edib ki, İrana qarşı hər hansı düşmənçilik hərəkətləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının ləğv edilmiş qətnamələrinin bərpası baş verərsə, Tehran AEBA ilə bütün əməkdaşlığı dayandıracaq.

Bundan əvvəl İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, İran və AEBA yeni əməkdaşlıq şərtləri barədə razılığa gəliblər.

 

(Report)

Link kopyalandı!
Son xəbərlər