İsveçin yeni səhiyyə naziri təyin edilib
Dünya
440
09 Sep 2025 | 23:00

İsveçin yeni səhiyyə naziri təyin edilib

Xristian Demokrat partiyasının Höteborqdan olan bələdiyyə müşaviri Elisabet Lann İsveçin səhiyyə naziri olub.

Moderator.az xəbər verir ki, E. Lann əvvəllər parlamentin səhiyyə məsələləri üzrə komitəsində işləyib.

Yeni nazir daxili siyasətlə yanaşı, beynəlxalq məsələlərlə də fəal maraqlanır. O, Höteborq Universitetində şərqşünaslıq elmini öyrənib. O, təhsilini Qüdsdə başa vurub, burada fələstinlilər, israillilərlə birlikdə sülh və inkişaf mövzusunda araşdırmalar aparıb.

Xatırladaq ki, Baş nazir Ulf Kristerssonun parlament seçkilərinə bir il qalmış hökumətdə dəyişiklik edilməsi barədə qərarından sonra Ako Ankarberq Yohanssonun gözlənilmədən vəzifəsini tərk edib.

Link kopyalandı!
Son xəbərlər