Almaniya Ukraynada uzaqmənzilli dronların istehsalına pul ayıracaq
Dünya
503
09 Sep 2025 | 22:37

Almaniya Ukraynada uzaqmənzilli dronların istehsalına pul ayıracaq

“Almaniya Ukrayna müəssisələri tərəfindən müxtəlif tipli bir neçə min uzaqmənzilli dronun istehsalını maliyyələşdirəcək. Ukraynanın uzaqmənzilli imkanlarını inkişaf etdirmək üçün başqa ölkələr də bu təşəbbüsə qoşula bilər.”

Moderator.az xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

"Biz Ukraynanın daxili ərazisində Rusiyanın hərbi maşınını zəiflətmək, effektiv müdafiəni təmin etmək üçün imkanlarını genişləndiririk. Almaniya həqiqətən də dərin zərbələr təşəbbüsü ilə çıxış edib və Ukrayna sənayesindən uzaqmənzilli pilotsuz təyyarələrin alınmasına dəstəyini artırır", - Pistorius bildirib.

Onun sözlərinə görə, bu təşəbbüsün bir hissəsi Ukrayna müəssisələri ilə ümumilikdə 300 milyon avro dəyərində bir sıra müqavilələrin bağlanmasıdır.

Pistorius onu da qeyd edib ki, Ukraynaya yardım göstərmək üçün səylər gücləndirilməli və ilk növbədə Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməklə Ukraynanın dayanıqlılığı gücləndirilməlidir.

Link kopyalandı!
Son xəbərlər