Dünya
531
09 Sep 2025 | 21:20

"Rusiya Pekinin vassalıdır, bu, Putinin illərlə apardığı siyasətin məntiqli nəticəsidir" - Harri Kasparov

"Pekin Vladivostokdan Baykala qədər olan 1,5 milyon kvadrat kilometr ərazini müvəqqəti işğal olunmuş torpaq kimi görür..."

Si Tszinpin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə maoist hərbi geyimdə gəldi. Diktatorlar həmişə rəmzlərə diqqət yetirir.

Moderator.az xəbər verir ki, bu barədə rusiyalı şahmatçısı və müxalifətçi siyasətçi, şahmat üzrə 13-cü dünya çempionu Harri Kasparov özünün "gordonua.com" nəşrindəki bloqunda yazıb.

Müəllif yazır: "Tam aydındır: diktatorların beynəlxalq ittifaqı artıq Pekinin tam rəhbərliyi altında formalaşıb. Yaltaq və aciz Putin nəhayət öz vassal statusunu təsdiqlədi və Rusiyanı Çinə təslim etdi. 

Bu gün Rusiya Pekinin vassalıdır, Rusiyanın bütün xarici siyasəti məhz orada hazırlanır və təsdiqlənir. Bu, Putinin illərlə apardığı siyasətin məntiqli nəticəsidir.

Ukraynada müharibə davam edəcək, çünki bu, Çinin maraqlarına uyğundur. Bir tərəfdən, o, Qərbin diqqətini yayındırır, resurslarını tükəndirir, ABŞ-la Avropa arasında gərginlik yaradır. Digər tərəfdən isə müharibə Rusiyanı içəridən sarsıdır.

Pekin Vladivostokdan Baykala qədər olan 1,5 milyon kvadrat kilometr ərazini müvəqqəti işğal olunmuş torpaq kimi görür. Və Rusiyada kişi əhalisi nə qədər azalsa, Çinin həmin torpaqları mənimsəməsi bir o qədər asan olacaq.

Təsadüfi deyil ki, Si Tszinpin sammitə digər dövlət başçıları kimi qərb kostyumunda yox, maoist hərbi geyimdə gəldi. Diktatorlar həmişə rəmzlərə diqqət yetirir, siyasi mesajlarını məhz belə detallarla ötürürlər. Si Tszinpin isə bu geyimi diktatorlar ittifaqında öz liderliyinin rəmzi və Qərbə açıq çağırış kimi seçib".

Link kopyalandı!
Son xəbərlər