HƏMAS-ın siyasi bürosunun üzvü: Sui-qəsd cəhdi uğursuz olub
Dünya
507
09 Sep 2025 | 21:10

HƏMAS-ın siyasi bürosunun üzvü: Sui-qəsd cəhdi uğursuz olub

Xəlil əl-Həyyə sağ qalıb, lakin onun oğlu və köməkçisi öldürülüb.

Moderator.az xəbər verir ki, bunu HAMAS-ın siyasi bürosunun üzvü Suheyl əl-Hindi “Əl-Cəzirə”yə verdiyi açıqlama zamanı deyib.

Əl-Hindi bildirib ki, ABŞ prezidenti Donald Trampın atəşkəs təklifini müzakirə etmək üçün toplaşan əl-Həyyə və digər HAMAS liderlərinə qarşı sui-qəsd cəhdi uğursuz olub.

Lakin hücum nəticəsində əl-Həyyənin oğlu Həmmam və onun ən yaxın köməkçilərindən biri öldürülüb. Əlavə olaraq, daha üç cangüdənlə əlaqə kəsilib.

Qeyd edək ki, İsrail Qətərin paytaxtı Dohada HAMAS üzvlərinin olduğu obyektlərə aviazərbələr endirib.

Link kopyalandı!
Son xəbərlər