İsrailin Dohada HƏMAS liderlərinə qarşı əməliyyatının İLK GÖRÜNTÜLƏRİ
Dünya
513
09 Sep 2025 | 20:05

İsrailin Dohada HƏMAS liderlərinə qarşı əməliyyatının İLK GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, İsrail ordusu Qətərin paytaxtı Dohada HƏMAS rəhbərliyinə qarşı həyata keçirilən hava əməliyyatı barədə açıqlama yayıb. İsrailin təhlükəsizlik qurumları əməliyyatda bir neçə yüksək rütbəli HƏMAS üzvünün məhv edildiyini iddia edib.

Moderator.az xəbər verir ki, ilk görüntülərdə hücumun nəticələri əks olunub. Kadrlarda Dohada partlayışların yaratdığı dağıntı və tüstü görünür. İsrail mediası bu əməliyyatın HƏMAS-ın rəhbər təbəqəsinə qarşı planlı şəkildə icra edildiyini yazır.

Qeyd edək ki, bu hücum regionda böyük rezonans doğurub. Qətər hadisəni qətiyyətlə pisləyərək ölkənin suverenliyinə və təhlükəsizliyinə təhdid yaradan addımlara dözməyəcəyini açıqlayıb.



Link kopyalandı!
Son xəbərlər