Rusiyadan növbəti müharibə cinayəti - VİDEO
Dünya
530
09 Sep 2025 | 19:55

Rusiyadan növbəti müharibə cinayəti - VİDEO

Rusiyanın Ukraynanın Yarova kəndinə hücumu nəticəsində azı 21 mülki şəxsin öldüyü, çoxlu sayda insanın yaralandığı bildirilir. 

Moderator.az xəbər verir ki, bu barədə Donetsk vilayətinin qubernatoru Vadim Filaşkin məlumat verib.

"Ruslar pensiya almaq üçün növbəyə duran mülki vətəndaşları hədəf aldı. Bu, müharibə deyil, birbaşa terrordur", -deyə o bildirib.

Rusiyanın hədəfində olan Yarova kəndi Ukraynanın Sloviansk şəhərindən təqribən 20 kilometr, Ukrayna ilə Rusiya arasındakı cəbhə xəttindən isə cəmi 9 kilometr aralıda yerləşir.

Link kopyalandı!
Son xəbərlər