Türkiyə və İran İsrailin HƏMAS-ın danışıqlar qrupuna hücumunu pisləyib
Dünya
352
09 Sep 2025 | 19:20

Türkiyə və İran İsrailin HƏMAS-ın danışıqlar qrupuna hücumunu pisləyib

Türkiyə Xarici İşlər Nazirliyi Qətərin paytaxtı Dohada “İsrailin HƏMAS-ın danışıqlar qrupuna hücumunu pisləyib”.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

“Atəşkəs danışıqları zamanı HƏMAS-ın danışıqlar qrupuna hücum İsrailin məqsədinin sülhə nail olmaq deyil, müharibəni davam etdirmək olduğunu nümayiş etdirir”, - bəyanatda qeyd olunub.

Bəyanatda deyilib ki, “atəşkəs danışıqlarında vasitəçilik edən Qətər bölgədə İsrailin hücumuna məruz qalan ölkələr sırasına əlavə edilib”: “Qətərin suverenliyinə və təhlükəsizliyinə qarşı bu mənfur hücuma qarşıyıq. Biz bir daha beynəlxalq ictimaiyyəti Fələstində və regionda davam edən təcavüzün dayandırılması üçün İsrailə təzyiq göstərməyə çağırırıq”.

İran XİN-in sözçüsü İsmayıl Bəqayi də İsrailin Dohada HƏMAShərəkatının nümayəndələrinə “hücumunu pisləyib”, bunu beynəlxalq hüququn pozulması kimi qiymətləndirib. O qeyd edib ki, bu, bütün beynəlxalq normaları, eyni zamanda, Qətərin suverenliyini və ərazi bütövlüyünü pozur.

Link kopyalandı!
Son xəbərlər