Nepalda 1500 məhbus həbsxanadan qaçıb
Dünya
344
09 Sep 2025 | 19:07

Nepalda 1500 məhbus həbsxanadan qaçıb

Nepalın Latitpur şəhərindəki həbsxanasından 1500 məhbus qaçıb.

Moderator.az xəbər verir ki, Nepal mediasında yayılan məlumata görə, həbsxanadakı bütün məhbuslar mühafizəçilər postlarını tərk etdikdən sonra qaçıblar.

Ötən həftənin sonunda Nepal hakimiyyətinin ölkədə sosial şəbəkələrə məhdudiyyətlər qoyması səbəbindən gənclərin kütləvi etirazları başlayıb. Daha sonra hökumət sosial şəbəkələrə qoyulan qadağanı aradan qaldırsa da, etirazlar dayanmayıb və iğtişaşlara çevrilib. Son məlumatlara görə, iğtişaşlar nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb.

Nepal Prezidenti Ram Çandra Paudel, ondan əvvəl isə Baş nazir Kxadha Prasad Şarma Oli istefa verib. Hərbçilər onları paytaxt Katmandudan təxliyə ediblər.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər