Dünya
1151
18:50, Bu gün

"Putin həyasızcasına müharibədə eskalasiyaya gedir, Qərb hərəkətə keçməlidir" - "The Telegraph"

"Trampın zəifliyi Putinə Ukrayna və Qərbə qarşı daha sərt və amansız davranmağa fürsət verir..." 

Rusiya ilk dəfə olaraq Ukraynada hökumət binasını hədəfə alıb. Bu, müharibənin əvvəlindən bəri ən irimiqyaslı hücum kimi qiymətləndirilir. Kabinetlərdə illərlə səslənən "mərkəzlərə zərbə" hədələri bu dəfə real addıma çevrildi.

Moderator.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Üç səbəb - niyə məhz indi?

Məqalə müəllifi hesab edir ki, Putini belə riskli eskalasiyaya aparan üç əsas amil var: Birincisi, daxili təzyiq - Kreml daxilindəki ultramillətçilərin dəstəyini qorumaq. İqtisadiyyat resessiya həddində, cəmiyyət isə yorulub. Putin üçün "qəhrəmanlıq jestləri" bu dayaqları itirməmək vasitəsinə çevrilib.

İkincisi, Trampın zəifliyi - ABŞ prezidenti Donald Trampın sərt addımlar atmaması Putinə fürsət verir. O, Alyaskadakı danışıqlarda "sülh vədləri" ilə vaxt qazanıb, amma əslində Qərbin qətiyyətini sınayır. Avqustda ABŞ biznesinə aid müəssisəyə, ardınca Britaniya Şurası və Avropa İttifaqının ofislərinə hücum - hamısı cavabsız qalıb. Bu passivlik Kremlə daha irəliyə getmək cəsarəti verib.

Üçüncüsü, enerji savaşı - Ukraynanın dron hücumları Rusiyanın neft emalı gücününün ən azı 17 faizini sıradan çıxarıb. G7-nin qiymət tavanı 45 dollara enib. Günə 500 milyon - 1 milyard dollar arasında müharibə xərci olan Putin üçün bu, dözülməz təzyiqdir. Hökumət binalarına zərbələr isə Kiyevi dronlardan çəkindirməyə yönəlib.

Qərbin hədəfə alınması

Nəşr xəbərdarlıq edir: əgər Tramp Rusiyaya qarşı ikinci sanksiya paketini həyata keçirməsə, hücumlar həm Ukrayna, həm də Qərbin diplomatik qurumlarına yönələ bilər. Britaniya və Avropa obyektləri xüsusilə risk altındadır. Məqsəd - Avropanın gələcəkdə Ukraynaya sülhməramlı göndərmək planlarını pozmaqdır.

NATO ilə toqquşma riski

Müəllifin qənaətinə görə, Rusiya ilə NATO arasında birbaşa müharibə təhlükəsi heç azalmayıb. Putin getdikcə daha sərt eskalasiya addımları atır və Qərb bu reallığı görməzdən gələ bilməz. Sülh güzəştlərlə deyil, yalnız güc balansı ilə mümkündür.

"İsgəndər"  izləri

Son hücum zamanı Ukrayna Nazirlər Kabineti binasına "İsgəndər" raketi düşüb. 450 kq-lıq döyüş başlığı partlamasa da, binanın damında iri dəlik açılıb, yanğın baş verib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Avropa İttifaqının Kiyevdəki səfirliyi raket qalıqlarının fotolarını yayımlayaraq, bunun planlı və hədəfli zərbə olduğunu təsdiqləyib.

Putin getdikcə daha açıq şəkildə "savaşı böyütmək" xəttini seçir. Qərbin qorxusu yalnız emosional reaksiya olmamalı, real hərbi-siyasi strategiyaya çevrilməlidir. Çünki diktator qarşısında hər güzəşt növbəti raketə yol açır.

Link kopyalandı!
Son xəbərlər