23:53
23°C
Bakı
Ermənistan parlamentinin vitse-spikeri və Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan İran xarici işlər nazirinin müavini Vahid Cəlalzadə ilə görüşdə İrəvanın diplomatik əlaqələr qurmağa və Türkiyə ilə sərhədləri dərhal açmağa tam hazır olduğunu təsdiqləyib.
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
Məlumata görə, tərəflər Ermənistan və Türkiyə arasında danışıqlar prosesini, həmçinin son regional hadisələri müzakirə ediblər.
"Ermənistan tərəfindən prosesi sürətləndirmək üçün heç bir maneə yoxdur. Biz günü sabah sərhədləri açmağa və diplomatik əlaqələr qurmağa hazırıq", - deyə Rubinyan vurğulayıb.