Polis idarəsinə hücum edən yeniyetmənin valideynləri saxlanılıb
Dünya
779
09 Sep 2025 | 17:10

Polis idarəsinə hücum edən yeniyetmənin valideynləri saxlanılıb

Ötən gün Türkiyənin İzmir şəhərində polis idarəsinə silahlı hücumla bağlı saxlanılanların sayı 27-yə çatıb.

Moderator.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İzmir Respublika Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunur ki, aparılan istintaq işi çərçivəsində polis idarəsinə hücum edən 16 yaşlı yeniyetmənin anası, atası və dostları xüsusi nəzarətə götürülüb.

Xatırladaq ki, İzmir şəhərinin Balçova rayonunda yerləşən polis idarəsinə 16 yaşlı şəxs tərəfindən silahlı hücum nəticəsində iki polis əməkdaşı həyatını itirib, əlavə olaraq ikisi polis olmaqla üç nəfər yaralanıb.

Link kopyalandı!
Son xəbərlər