Makron Fransanın yeni baş nazirini yaxın günlərdə təyin edə bilər
Dünya
466
08 Sep 2025 | 22:30

Makron Fransanın yeni baş nazirini yaxın günlərdə təyin edə bilər

Fransa prezidenti Emmanuel Makron yaxın günlərdə yeni baş nazirin təyinatını nəzərdən keçirəcək.

Moderator.az xəbər verir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilir.

“Prezident parlament səsverməsinin nəticələrini nəzərə alır. Sabah o, Baş nazir Fransua Bayru ilə görüşəcək və hökumətin istefasını qəbul edəcək. Yaxın günlərdə isə yeni Baş nazir təyin ediləcək”, – deyə bəyanatda vurğulanıb.

Qeyd edək ki, bu qərar parlamentin mövcud hökumətə etimadsızlıq göstərməsindən sonra gündəmə gəlib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər