ABŞ müttəfiqləri ilə dezinformasiyaya qarşı mübarizədə əməkdaşlığa son qoyub
Dünya
464
08 Sep 2025 | 22:15

ABŞ müttəfiqləri ilə dezinformasiyaya qarşı mübarizədə əməkdaşlığa son qoyub

ABŞ administrasiyası Avropa ölkələrinə xəbərdarlıq edib ki, o, digər dövlətlərdən gələn dezinformasiyaya qarşı mübarizədə birgə səylərdə iştirakını dayandırır.

Moderator.az-ın xəbərinə görə, bu barədə "Financial Times" (FT) adı açıqlanmayan üç avropalı məmura istinadən yazıb.

Məlumata görə, Aİ ölkələri Dövlət Departamentindən ötən həftə Cozef Baydenin əvvəlki administrasiyası dövründə imzalanmış anlaşma memorandumlarına xitam verdiyi barədə bildirişlər alıb.

Nəşr vurğulayıb ki, bu razılaşmalar xarici dövlətlər tərəfindən xaos yaratmaq məqsədi ilə yayılan zərərli məlumatların müəyyən edilməsi və ifşası üçün əlaqələndirilmiş yanaşmanın işlənib hazırlanmasına yönəlib.

2024-cü ilin dekabrında Dövlət Departamenti diplomatik strukturun bir hissəsi olan və xarici siyasət təbliğatının əsas vasitələrindən olan Qlobal Qarşılıqlı Mərkəzini bağlayıb.

Mərkəzin keçmiş koordinatoru Ceyms Rubin bu addımı Rusiya və Çinə qarşı informasiya müharibəsində birtərəfli tərksilah aktı adlandırıb.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər