03:24
20°C
Bakı
Fələstin tərəfdarlarının yenidən Qəzzaya çatmağa cəhd edəcəyi "Qreta Tünberq flotiliyası" adlı gəmi bazar günü Tunis sahillərinə yan alıb.
Moderator.az xəbər verir ki, Tünberqin başçılıq etdiyi gəmini qarşılamaq üçün Tunis paytaxtı yaxınlığındakı limanda böyük izdiham toplaşıb.
Qeyd edək ki, iyun ayının əvvəlində Tünberq və tərəfdarları artıq yaxta ilə Qəzzanın dəniz blokadasını yarmağa cəhd etmişdilər. Həmin vaxt yaxta ələ keçirilmiş, Tünberq də daxil olmaqla, gəmidə olan bütün fəallar İsrailə gətirilmiş və sonra deportasiya edilmişdilər.
İsrail hakimiyyəti Qəzzaya çatmaq və oraya kiçik bir ərzaq partiyası gətirmək cəhdini ictimaiyyət qarşısında oynanılan oyun və humanitar yardım göstərilməsinin imitasiyası adlandırmışdı.