Merts:
Dünya
472
08 Sep 2025 | 22:00

Merts: "Putinin planları Ukrayna ilə məhdudlaşmayacaq"

Hər şey onu göstərir ki, Rusiya Prezienti Vladimir Putinin imperiya planları yalnız Ukrayna ilə məhdudlaşmayacaq - əksinə, bu hələ başlanğıcdır.

Moderator.az xəbər verir ki, bu bəyanatla Almaniya Kansleri Fridrix Merts çıxış edib.

O, Avropadakı müttəfiqləri maraqlarını yenidən qiymətləndirməyə və Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlərdəki dəyişiklikləri nəzərə alaraq yeni tərəfdaşlar axtarmağa çağırıb.

"Biz yanlış nostaljiyə qapılmadan Avropada öz maraqlarımıza düzəlişlər etməliyik", - Merts vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton Avropanın vacib tərəfdaşı olaraq qalır. Lakin münasibətlər dəyişib, çünki ABŞ bu əlaqələri müəyyən maraqlardan və məsələlərdən asılı edir.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər