Oğurluq edib Bakıya qaçmaq istədilər - Təyyarədə tutuldular
Dünya
509
08 Sep 2025 | 21:30

Oğurluq edib Bakıya qaçmaq istədilər - Təyyarədə tutuldular

İstanbulun Sabiha Gökçen Hava Limanında “Duty Free”dən oğurluq edən şəxslər təyyarədə saxlanılıb.

Moderator.az xəbər verir ki, sərnişinlər oğurluq etdikdən sonra “AJet” reysi ilə Bakıya uçmaq üçün təyyarəyə miniblər.

Mağaza işçilərinin sayıqlığı sayəsində qısa müddətdə polis və təyyarə ekipajına məlumat verilib.

Aparılan axtarış zamanı oğurlanmış əşyalar həmin şəxslərin üzərindən tapılıb.

Qeyd edək ki, həmin sərnişinlərin milliyyəti açıqlanmayıb.

İnsidentlə əlaqədar uçuş reysində qısa gecikmə olub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər