Marqarita Simonyan
Dünya
438
08 Sep 2025 | 20:20

Marqarita Simonyan "Russia Today"dən ayrıla bilər

RT ("Russia Today") telekanalının baş redaktoru Marqarita Simonyan xəstəliyi ilə əlaqədar vəzifəsindən gedə bilər.

Moderator.az-ın xəbərinə görə, bu barədə "The Moscow Times" "Telegram" kanalı məlumat yayıb.

Xatırladaq ki, ötən gün Marqarita Simonyan ona ağır xəstəlik diaqnozu qoyulduğunu və tezliklə əməliyyat olunacağını bildirmişdi.

Məlumat üçün əlavə edək ki, Marqarita Simonyan Rusiya hakimiyyətinin əsas təbliğatçılarından biri sayılır.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər