Husilər İsraildəki iki aeroporta zərbələr endiriblər
Dünya
377
20:00, Bu gün

Husilər İsraildəki iki aeroporta zərbələr endiriblər

Yəməndəki qiyamçı "Ənsar Allah" hərəkatının üzvləri (husilər) pilotsuz uçuş aparatlarından istifadə edərək İsraildəki hədəflərə zərbələr endiriblər.

Moderator.az xəbər verir ki, bunu hərəkatın hərbi nümayəndəsi Yəhya Sariya husilərə məxsus "Al Masirah" telekanalının efirində deyib.

Onun sözlərinə görə, hədəflər arasında Təl-Əvivdəki Ben-Qurion və Eylatdakı Ramon aeroportları, həmçinin Dimondakı mühüm obyekt olub.

Nümayəndə qeyd edib ki, pilotsuz aviasiya bölməsə ardıcıl iki gündür İsrailə qarşı hərbi əməliyyat keçirir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər