21:58
22°C
Bakı
Argentina səfiri Enrike İqnasio Ferrer Vieyra Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Moderator.az xəbər verir ki, bu barədə diplomatik qurumun məlumatında deyilir.
Buna səbəb ölkənin təhlükəsizlik naziri Patrisiya Bullriçin səsləndirdiyi anti-Rusiya bəyanatlarıdır.
XİN diplomatdan Argentina tərəfinin izahat verməsini tələb edib və Bullriçin Moskvanın bu ölkənin prezident sarayında telefonların dinlənilməsində əli olması ilə bağlı dediklərini rədd edib.
Qeyd edək ki, təhlükəsizlik naziri Patrisiya Bullriç Rusiya Argentinada siyasi vəziyyəti pozmaq məqsədilə prezident sarayında telefon danışıqlarının dinlənilməsində iştirak etdiyini bildirib.