Timati axtarışa verildi
Dünya
1213
08 Sep 2025 | 09:26

Timati axtarışa verildi

Ukrayna Təhlükəsizlik Xidməti reper Timati (əsl adı Timur Yunusov - red.) barəsində axtarış elan edib.
 
Moderator.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin dərc etdiyi məlumatda qeyd olunur.
 
Belə ki, Timatinin axtarışda olması ilə bağlı məlumat bazaya iyulun 1-də daxil edilib.
 
Ukrayna tərəfi reperə qarşı Kiyevin nəzarətində olmayan ərazilərə giriş qaydalarının pozulması maddəsi ilə qiyabi ittiham irəli sürüb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər