Bizi sosial şəbəkələrdən izləyin:
Bir sıra Avropa liderləri Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün sentyabrın 8 və 9-da ABŞ-a gələcək.
Moderator.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Endrüs hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib: "Biz çox maraqlı müzakirələr aparırıq. Bəzi Avropa liderləri ölkəmizə bazar ertəsi və çərşənbə axşamı ayrı-ayrılıqda gələcəklər".
Tramp Ukrayna böhranının yekun həllinə inandığını bildirib.