01:34
24°C
Bakı
Rusiya limanlarında gərginlik davam edir.
Moderator.az xəbər verir ki, artıq dörd gündür 20 İran gəmisi – taxıl, taxta və digər mallarla yüklənmiş – limanlardan çıxış icazəsi ala bilmir.
Məlumatlı mənbələr bildirir ki, Rusiya bu gəmilərə hərəkət icazəsi vermir və səbəb kimi “yük sənədlərinin tamamlanmaması” göstərilir.
Hadisə İran idxalçı şirkətləri və gəmi sahibləri arasında ciddi qeyri-müəyyənlik yaradıb, ticarət proseslərini ləngidir və gərginliyi artırır. Hələlik, Rusiya tərəfindən vəziyyətin nə vaxt normallaşacağı açıqlanmır.