Corcio Armaninin harada dəfn olunacağı məlum oldu
Dünya
1192
07 Sep 2025 | 21:12

Corcio Armaninin harada dəfn olunacağı məlum oldu

Dünyaca məşhur italyan modelyer Corcio Armani ailə məzarlığında dəfn olunacaq.

Moderator.az xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.

Məlumata görə, dəfn Rivalta adlı kiçik bir kənddə keçiriləcək. Armaninin qəbrinin valideynləri və qardaşının məzarları yanında yerləşdirilməsi planlaşdırılır. Dəfnin sentyabrın 8-də həyata keçiriləcəyi güman edilir.

Xatırladaq ki, Corcio Armani sentyabrın 4-də, 91 yaşında vəfat edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər